BAKI, 22 avqust. TELEQRAF
Səhhətim yaxşı deyil. Evdə müalicəm davam edir”.
Bunu Teleqraf-a açıqlamasında Xalq artisti Fatma Mahmudova deyib.
Yaxın günlərdə insult keçirən Xalq artisti bildirib ki, qolunun hərəkəti hələ də bərpa edilməyib: “Müalicə üçün sanatoriyaya getmişdim. Qolumun masajları davam edir”.
Qeyd edək ki, Fatma Mahmudova insult keçirərək ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Onun 70 yaşı var.