BAKI, 13 mart. TELEQRAF

Yeni araşdırmaya görə, 2022-ci ildə İspaniyanın şimalındakı bir mağarada tapılan daşlaşmış sümük parçaları 1,1 milyon ildən çox əvvəl yaşamış, əvvəllər məlum olmayan insan populyasiyasını ortaya çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə “Nature” elmi jurnalı məlumat yayıb.

Atapuerka dağlarında Sima del Pilefant arxeoloji sahəsində tapılan fosillər yetkin bir insanın üzünün sol hissəsinə aiddir. İndiyədək komanda qalıqların hansı dövrə aid olduğunu bilmirdi.

Alimlər nümunələrin Afrika və Asiyada tapılan fosillərdən məlum olan, amma qalıqları heç vaxt Avropada qəti şəkildə tapılmayan Homo erektus növünə aid olmasından şübhələnirlər.

Fosillərin tapıldığı İspaniyanın dağlıq bölgəsi paleoantropologiya üçün önəmli bir sahədir. 1990-cı illərin ortalarında elm adamları Sima del Pilefantdakı Qran Dolina adlanan ərazidə tapılan təxminən 80 fosil arasında Homonun sələfi kimi tanınan insanların qədim qohumunu müəyyən ediblər. Qalıqların yaşı təxminən 850 000 ildir, amma elm adamları 2022-ci ildə kəşf edilən kəllə fosilinin morfologiyasının Homonun sələfinin xüsusiyyətlərinə uyğun gəlmədiyinə inanırlar. Bu arxaik insan növünün təxminən 400 000 il əvvəl qitəyə gələn neandertallardan əvvəl Qərbi Avropanın ən qədim sakini olduğu düşünülürdü.

Qrup həmçinin 2007-ci ildə Sima del Pilefantda tapılan alt çənə hissəsini yenidən təhlil edib. Elm adamları onu “qohum” mənasını verən Homo affinis erektus növünə aid edirlər, bu da fosilin məlum növlə yaxından əlaqəli, amma onlardan fərqli olduğunu göstərir.

Elm adamları qalıqların konkret hansı tarixə aid olduğunu müəyyən edə bilməyiblər. Amma sümüyün tapıldığı ərazidə çöküntü təbəqəsinin yaşını təyin etmək üçün üç fərqli üsula əsaslanaraq, onun 1,4 - 1,1 milyon yaşının olduğu təxmin edilir.