BAKI, 20 fevral. TELEQRAF

Misir-Britaniya birgə ekspedisiyası ilk firon məzarını aşkar edib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, tapılan məzar firon II Tutmosa məxsusdur. II Tutmosun məqbərəsində dəfn mərasimi üçün mebel parçaları, göy yazılar, sarı ulduzlar və dini mətnlər aşkar edilib.

II Tutmos Qədim Misirdə bir neçə hakim qadından biridir. Onun ərinin adı Hatşepsutun olub. Məzarın kimə məxsus olması oradakı qabların üzərində yazılmış "Tutmos və Hatşepsutun" adları ilə müəyyən edilib.