Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada "M çiçəyi (mpox)" virusunun artması ilə bağlı xəbərdarlıq edib və bunun əsas səbəblərini müəyyən etmək üçün intensiv araşdırmalar barədə çağırış edib.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisinin həftəlik mətbuat konfransında "M-çiçəyi" virusu sahəsində ekspert kimi çalışan Rosamund Levis bildirib.

Levis "M-çiçəyi" virusu artmaqda davam etdiyinə görə bunun sağlamlıq üçün təhlükə olduğunu söyləyib.

Levis "M-çiçəyi" virusunun xüsusilə Afrikada artdığını və bunun əsas səbəblərini müəyyən etmək üçün intensiv araşdırmalar aparılmasının vacibliyini vurğulayıb.

Konqo Demokratik Respublikasının böyük bir epidemiya ilə qarşı-qarşıya qaldığını deyən Levis təkcə 2024-cü ildə 9 min 291 milyon çiçək xəstəliyindən 419-nun ölümlə nəticələndiyini deyib.

Epidemiya səbəbiylə daha çox uşaqların öldüyünü qeyd edən ekspert Afrikada son zamanlarda artan M-pox hadisələrinin həllinə kritik ehtiyac olduğunu da vurğulayıb.