Prosessor istehsalçısı "Nvidia" dünyanın ən bahalı şirkəti statusunu itirib.

Teleqraf.com "Bloomberg"ə istinadən xəbər verir ki, həftənin əvvəlində "Microsoft" və "Apple"ı ötən "Nvidia" bir neçə gündə 7 faiz ucuzlaşıb.

Nəticədə bazar qiyməti 3,3 trilyon dollara çatan "Nvidia"nın dəyəri 200 milyard dollardan çox azalıb.

Bildirilir ki, belə enişin heç bir fundamental əsası yoxdur.