Avstraliyada 100 milyon illik pterozavr (uçan sürünən) növünün fosilləri tapılıb.
Teleqraf.com xəbər verir ki, bu kəşf pterozavrların bu bölgədə daha çox ola biləcəyini göstərib.
Yeni tapılan növün skeleti Kvinslendin böyük hissəsinin su altında qaldığı dövrə uyğun gəlir və canlının bu sularda ovladığı düşünülür.
Tədqiqatçılar pterozavrın qanadlarının açıqlığının ən azı 4,6 metr olduğunu təxmin edirlər.