"Apple" A10 seriyalı çiplərə əsaslanan bütün "iPad"lər üçün proqram təminatı dəstəyini dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb.

Bildirilir ki, "iPad Pro" 10.5 (2017), iPad Pro 12.9 (2017) və iPad 6 (2018) iPadOS 18yeniləməsini almayacaq. Bu cihazların sahibləri iPad OS-nin 17-ci versiyasında qalacaqlar.

Sızdırılmış məlumatlara görə, iPadOS 18 aşağıdakı modellər üçün əlçatan olacaq:

– iPad Pro: 2018 və daha yeni;

– iPad Air: 2019 və daha yeni;

– iPad mini: 2019 və daha yeni;

– iPad: 2019 və daha yeni.

"İPad" 6 və "iPad" 7-nin eyni "Apple" A10 çipindən, sadəcə fərqli ekran diaqonallarından və RAM miqdarından istifadə etməsinə baxmayaraq, "iPad" 7 dəstəklənən cihazlar siyahısında qalır. Bildirilik ki, "iPad Pro" 2017 həm də adi beş yeniləmə əvəzinə altı yeniləmə alıb.