Dünyada ilk dəfə insanabənzər robot Böyük Çin səddini keçdi.

Teleqraf.com New Atlas-a istinadən xəbər verir ki, "Robot Era" şirkətinin XBot-L robotu Çin səddini keçərək pilləkənlərdən qalxmaq və uzun kələ-kötür səthlərdə yerimək bacarığını nümayiş etdirib.

Qeyd olunur ki, bu uğurunun açarı öyrənmə prosesində istifadə olunan özəl Perceptive RL texnologiyasıdır. Bu texnologiya ilə XBot-L ətrafını daha yaxşı başa düşür və tanımadığı ərazilərdə qərarlar qəbul edə bilir. Xüsusən də yolun keyfiyyətini təhlil edib, yerişini vaxtında tənzimləyə bilir.

Robot Era şirkəti Pekin Universiteti tərəfindən təsis edilmişdir.