ABŞ-də 100 yaşlı kişi ilə 102 yaşlı qadın qocalar evində toy ediblər.

Teleqraf.com xəbər verir ki, bununla da onlar ən yaşlı cütlük kimi "Ginnesin Rekordlar Kitabı"na düşə bilərlər. Onların ümumi yaşı 2015-ci ildə bu reytinqdə lider olan britaniyalı cütlüyün rekordundan çoxdur.

Bildirilir ki, Berni Littman və Marcori Fiterman təxminən doqquz il əvvəl qocalar evində görüşməyə başlayıblar.

"Onlar bir-birini tapdıqlarına və bir-birlərinə dəstək olduqlarına (xüsusən də pandemiya dövründə) görə çox şanslıdırlar. Hamımız babamın vaxtını keçirə biləcəyi birini tapdığına görə həyəcanlı idik", - deyə Littmanın nəvəsi bildirib.