Yer kürəsində çox güclü maqnit qasırğası başlayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Meteorologiya Xidmətinin (NWS) rəsmi saytı məlumat yayıb.

ABŞ alimləri 2003-cü ildən bəri ilk dəfə Yerə çatan geomaqnit qasırğasının gücünün qiymətləndirilməsini maksimum həddə çatdırıblar.

“G5 səviyyəsində ekstremal şərait şərq vaxtı ilə saat 18.54-də Yerə çatıb”, - məlumatda deyilir.

Geomaqnit qasırğasının həftəsonu da davam edəcəyi ehtimalı var.