Las- Veqasda vəkilin şərti cəza tələbi rədd edilən 30 yaşlı məhkum hökm elan olunarkən məhkəmə zalında hakimə hücum edib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hakimi qorumaq istəyən zabitin yaralanaraq xəstəxanaya aparıldığı açıqlanıb.

ABŞ mətbuatında yer alan xəbərlərə görə, hakim yüngül xəsarət alıb.

Həbs edilən müttəhimi yeni məhkəmə gözləyir.