İstanbul Vəkillər Kollegiyasının yeni prezidentinin seçiləcəyi 52-ci Baş Assambleyanın ilk günündə diqqətçəkən anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, iclasda iki qadın vəkil iranlı qadınları dəstəkləmək üçün saçlarını kəsib.
İlke Çağdaş Hüquqşünaslar Qrupunun sözçüsü vəkil Selin Nakipoğlu mikrafon qarşısına keçərək bunları deyib:
"Mən bunu İran qadınlarının azadlığının və dünyəviliyinin simvoluna çevrilən Məhsa Əmini üçün etməyə məcburam. Məhsa Əmini üçün...Və dünya qadınları ilə həmrəylik üçün..."