
"Ötən gün maraqlı yuxu görmüşdüm. Yuxuda Qarabağda və Şuşada idim".
Teleqraf.com xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O, yuxuda millət vəkili Aqil Abbası gördüyünü deyib:
“Gecə yuxuda Aqil Abbası görmüşəm. Görürəm, Şuşada dağın başındadır, qar yağıb. Aqil müəllim də qarın içindədir. Mənə deyir ki, şəhərdə nə cür istidir, amma Qarabağda gör hava necədir. Mənə bir-bir təpələrdəki qarı göstərib. Mən də yuxuda sanki Şuşada idim”.
Qeyd edək ki, Aqil Abbas “Qarabağ” azarkeşidir.