2021-ci ildə dünyada 100 yaşdan yuxarı insanların sayı 621 mini keçib.
Teleqraf.com xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Siyahıyaalma Bürosu məlumat yayıb.
Məlumatda bildirilib ki, 2030-cu ilə qədər bu rəqəmin bir milyonu keçəcəyi gözlənilir.
1990-cı ildə 100 yaşına çatanların sayı cəmi 92 min nəfər idi. O vaxt bu, çox böyük rəqəm hesab olunurdu.
1960-cı ildə BMT bu sahədə qeydlər aparmağa başlayanda insanın ortalama ömrü 52 il idi. 2021-ci ilin məlumatlarına görə, 100 yaşdan yuxarı insanların dünya əhalisinə nisbəti 0,008 faizdir.
Hazırda dünyada ortalama insan ömrü 75 ildir.
Lakin bu rəqəm ölkədən ölkəyə dəyişir. Yaponiyada ortalama ömür 85, Mərkəzi Afrika Respublikasında isə cəmi 54 ildir.
Tədqiqatlar göstərir ki, bir insan ömrünün orta hesabla 16 ilini şəkərli diabetdən tutmuş demensiya kimi xəstəliklərlə keçirir.
Boston Universitetinin uzunmüddətli araşdırmasına görə, 5 milyon amerikalıdan yalnız biri 110 yaşına çatır. 2010-cu ildə ABŞ-da 110 yaşlıların sayı 60-70 nəfər arasında idi. 2017-ci ildə bu rəqəm 150-yə yüksəlib.
110 yaşlıların sağlamlıq vəziyyətləri yaşlarına nisbətən nisbətən yaxşıdır.
Məsələn, ailəsinin dediyinə görə, 110 yaşlı Josefa Maria da Conceicao gündəlik dərman qəbul etmir. Qırmızı ət və şirniyyat istehlak edir.

Amerika Geriatriya Dərnəyi 2011-ci ildə 400-dən çox 95 yaşlı yəhudi və amerikalılar arasında tədqiqat aparıb. Bu insanların təxminən 60 faizi çox siqaret çəkənlər idi. Onların yarısı ömrü boyu artıq çəkidən əziyyət çəkirdi. Yalnız 3 faizi vegetarian idi. Çoxları yüngül idmanla belə məşğul olmurdu.
Bəs genetik faktor?
Alimlər uzunömürlülükdə genetikanın böyük rol oynaya biləcəyini düşünürlər. 100 və ya 110 yaşdan yuxarı insanlar özlərini qocalmadan qoruya bilirlər. Üstəlik bizi ölümə yaxınlaşdıran pis vərdişlərə qarşı immunitetləri daha yüksəkdir.
Bu günə qədər ən uzun yaşayan insan 1977-ci ildə anadan olub, 122 yaşında vəfat edən Jenni Calmet adlı Fransa vətəndaşı olub. Calmet 120 yaşından sonra yaşadığı məlum olan yeganə insandır.
Vaşinqton Universitetinin mütəxəssisləri 21-ci əsrdə əsrdə bəşəriyyətin 125, hətta 130 yaşını görə biləcəyini düşünürlər.