1975-ci il istehsalı olan şotland viskisinin bir bareli rekord məbləğə - 16 milyon funta satılıb.

Teleqraf.com xəbər verir ki, viski özəl auksionda asiyalı bir kolleksiyaçıya satılıb.

İçki Şotlandiyanın şimal-qərb sahillərindəki Hebrid arxipelaqının adalarından birində - İsley adasında yerləşən Ardbeg içki zavodunda istehsal edilib.

Qeyd edilir ki, bir barel viski üçün ödənilən məbləğ 1997-ci ildə Glenmorangie Co (2011-ci ildən LVMH konqlomeratının bir hissəsi) tərəfindən alınmış içki zavodunun özünün dəyərindən iki dəfə artıqdır.

Ardberg içki zavodu 1815-ci ildə yaradılıb. 20-ci əsrin əvvəllərində sürətlə inkişaf edib. Lakin 1970-1980-ci illərdəki böhran səbəbindən bir çox içki zavodları kimi o da bağlanıb.

Zavod "Glenmorangie Co" şirkəti tərəfindən alındıqdan sonra yenidən inkişaf edib.

Bir bareldən 440 butulkanın doldurula biləcəyi güman edilir.