
Dünya haqqında ümumi məlumatlardan biri də bir tərəfdə gündüz, digər tərəfdən gecənin olmasıdır. Sadə riyazi hesablamayla demək olar ki, dünya əhalisinin yarısı hər hansı bir zaman dilimində gündüz, digər yarısı isə gecəni yaşayır. Bununla belə, coğrafi və əhalinin yayılması baxımından bu, tam olaraq belə deyil.
Teleqraf.com xəbər verir ki, bu gün dünyada nadir görülən təbiət hadisələrindən biri olacaq.
Hər bir insan bu gün (8 iyul) eyni vaxtda birbaşa və ya dolayı Günəş işığını görə biləcək. Dünya əhalisinin 99 faizi bu gün Azərbaycan vaxtı ilə saat 13:15-də gündüzü eyni saatda yaşayacaq.
Bu saatda Sakit okean adaları və Okeaniya bölgəsi istisna olmaqla, demək olar ki, Günəş işığı planetin hər yerinə düşəcək. Təbii ki, bu prosesdə tam işıqlı səma olmayacaq. Bu vaxt dünya əhalisinin bir qismi gün batımını seyr edəcək, digər hissəsi üçün isə Günəş yeni doğacaq. Günəşin hələ üfüqdə görünmədiyi və ya qeyb olmadığı, amma şüalarının göründüyü vaxtlar da bura aiddir.