
Məşhur Hollivud ulduzu aktyor Orlando Blum həmkarı Demi Murla birlikdə görüntülənib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı Blum ilə 52 yaşlı Muru aktrisa Cennifer Eniston tanış edib.
Xarici mətbuatın məlumatına görə, Blum ilə Mur birlikdə Reyki Usuinin yoqa dərslərinə gedirlər.
Aktyorun yaxın dostlarının məlumatına görə, hazırda onların arasında heç bir eşq münasibəti yoxdur.
Qeyd edək ki, Orlando Blum Miranda Kerridən, aktrisa Demi Mur isə Eşton Kaçerdən 2013-cü ildə ayrılıblar.
Teleqraf.com Orlando Blum ilə Demi Murun fotolarını təqdim edir :
Rüstəm