Xalq artisti Emin Ağalarov müğənni Elvis Preslinin qızı Liza Mari Preslinin vəfatı ilə bağlı ailəsinə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, Emin Ağalarov şəxsi İnstaqram hesabında bu sözləri yazıb: “Elvis Preslinin yeganə övladının - Liza Marinin ölüm xəbərini eşitmək kədərlidir. Anası Priskilla və ailəsinə başsağlığı verirəm. Çox acı xəbərdir”.