"Yalı çapkını" serialındakı Fərid obrazı ilə daha da məşhurlaşan türkiyəli aktyor Mert Ramazan Dəmir Serenay Sarıkaya və Burak Dəniz ilə bir araya gəlib.

Teleqraf.com xəbər verir ki, "Şahmaran" serialında rol alan aktyorların selfisi maraqla qarşılanıb.

Sosial media izləyiciləri Mert Ramazan Dəmirin "Yalı çapkını"nda həyat yoldaşı "Seyran"ı canlandıran Afra Saraçoğlunun qısqanacağına eyham vurublar. Bəzi izləyicilər "Ehtiyatlı ol, Seyro görməsin" kimi şərhlər yazıblar.

Qeyd edək ki, Afra Saraçoğlu 4 illik sevgilisi olan həmkarı Mert Yazıcıoğlundan bu yaxınlarda ayrılıb. Ayrılığa səbəb kimi Yazıoğlunun yaxın dostu Mert Ramazan Dəmir iddia olunsa da, tərəflər bunu təkzib edib.