SUMQAYIT, 15 avqust. TELEQRAF

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin 2-ci mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Rəhman Arzu oğlu Qədirov aralarında yaranmış münaqişə zamanı tanışı, 1990-cı il təvəllüdlü Sərxan Həsən oğlu Bənnayevə bıçaqla xəsarət yetirib.

Yaralı Sərxan Bənnayev xəstəxanaya yerləşdirilib.

Əməli törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Rəhman Qədirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.