BEYLƏQAN, 15 avqust. TELEQRAF

Beyləqan rayonunda kanalda batma hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Yuxarı Qarabağ kanalının rayonun "Görüş" adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə barədə aidiyyəti qurumlara məlumat verilib. İlkin məlumata görə, kanalda batan şəxsin qadın olduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.