BAKI, 15 avqust. TELEQRAF
ABŞ Dövlət Departamenti Konqresə Azərbaycanın "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində nəzərdə tutulan məhdudiyyətlərdən azad edilməsinin müddətinin uzadılması barədə məlumat təqdim edib.
Teleqraf xəbər verir ki, Dövlət Departamenti müvafiq sənədi iyulun 28-də Senatın Xarici Əlaqələr Komitəsinə, avqustun 10-da isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinə göndərib.
Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul edilib və ABŞ-ın Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyur.