Müğənni Sevda Əliqızı Azad Azərbaycan televiziyasında açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Sevda Əliqızı bu sözləri deyib:

"2002-2003-cü ildə səsim batdı. Həkimə getdim və səsimi daha da pis günə qoydu. Boğazımda polip var idi. Poliplərim kəsildikdən sonra altı ay demək olar ki, hər şeyi yazıyla başa salırdım. O vaxt həkim səhlənkarlığının qurbanı oldum. İkinci həkimi tapa bilməsəydim bəlkə də səsim batardı, oxuya bilməzdim. Allah Səməd Səmədova rəhmət eləsin. O mənə dedi ki, darıxma. Toylara gedəcəksən arada bir-iki fonoqram oxuyarsan. Canlı oxumaq üçün özü ilə yanında başqa bir oxuyan da gətirirdi. Mən canlı oxuya bilmirdim. Evdə otursaydım, depressiyaya düşərdim. Amma evdə oturmadım".