Əməkdar artist Vahid Əliyev xəstəxanadan evə buraxılıb.

Bu haqda Teleqraf.com-a əməkdar artistin özü məlumat verib: "Hazırda evdəyəm, bir az öncə xəstəxanada, həkimin qəbulunda oldum. Sabah açıq ürək əməliyyatımın da vaxtı müəyyənləşəcək. Əməliyyatı Mərkəzi Klinikada edəcəklər".

"Maddi olaraq köməyə ehtiyacınız varmı?" sualına isə əməkdar artist: "Allahın köməyi ilə hər şey qaydasındadır", - deyə cavab verib.

Qeyd edək ki, 70 yaşlı aktyor yaxın günlərdə infarkt keçirib. O, anju əməliyyatı keçirirərək xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.