Müğənni Nazənin estetik əməliyyatından danışıb.

İfaçı Teleqraf.com-a açıqlamasında buxaq əməliyyatı keçirdiyini açıqlayıb.

"Buxaq nahiyəsindən əməliyyat olundum. Nəticədən razı qaldım. Əməliyyatı plastik cərrah Dilqəm Məhərrəmova həvalə etdim. Ayın axırı möhtəşəm görünüşlə efirdə olacağam", - o bildirib.

Qeyd edək ki, müğənni Nazəninin estetik əməliyyatdan sonra tanınmaz hala düşdüyü barədə sosial şəbəkələrdə müzakirə açılıb.