Əməkdar artist Gövhər Rzayeva ARB televiziyasında yayımlanan "Elgizlə izlə" verilişində şəxsi həyatından danışıb.

Teleqraf com xəbər verir ki, qarmon ifaçısı Elgiz Əkbərin "22 il su sonası kimi bir qadın heç evlilik təklifi alınmı?" sualına cavabda deyib: "Qarmon mənim həm ərim, həm oğlum, həm də qızımdır. Çox evlilik təklifləri almışam. Mənim xərcim çoxdur, heç bir kişiyə sərf eləməz. Özüm-özümü saxlayıram. Evimdə artıq yeyən istəmirəm, yeyənlərim çoxdur".

Qarmon ifaçısı keçmiş həyat yoldaşının ona xəyanət etməsindən də söz açıb: "Ərim balalarımın atası idi, onunla 28 il bir yerdə yaşadıq. İndi rəhmətə gedib, o vaxt ağzının dadını dəyişmək istəyib getdi. Sonra qayıtdı, amma lazım deyildi".