BAKI, 15 iyul. TELEQRAF
2026-cı ilin birinci yarımilində "Yapı Kredi Bank Azərbaycan" QSC-nin mənfəəti azalıb.
Teleqraf xəbər verir ki, bankın ikinci rübün sonuna xalis mənfəəti 4 milyon 788,13 min manat təşkil edib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 6 milyon 376,98 min manat olub və 1 milyon 588.85 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə bankın öhdəlikləri 2025-ci il dekabrın 31-də qeydə alınan 669 milyon 154.60 min manatlıq göstəricidən 740 milyon 761.82 min manata yüksəlib (10,7% artım).
Hesabat dövründə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 141 milyon 328.07 min manat təşkil edib ki, bu da ötən ilin sonu ilə müqayisədə 15,4% artım deməkdir. Bankın faiz xərcləri 2,6 dəfə artaraq 4 milyon 474.43 min manata çatıb.
"Yapı Kredi Bank Azərbaycan"ın depozit portfeli 8,6% artaraq 527 milyon 743.32 min manatdan 572 milyon 967.90 min manata, kredit portfeli isə 50% artaraq 16 milyon 458.81 min manatdan 24 milyon 688.17 min manata çatıb. Bankın kredit protfelinin artımı aktivlərinin artmına təsir göstərib. Maliyyə qurumunun aktivləri 9,8% artaraq 870 milyon 731.72 min manata çatıb.