BAKI, 23 oktyabr. TELEQRAF

Bu gün Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və hindistanlı həmkarı Subramanyam Caişankar arasında təkbətək görüş başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə ikitərəfli gündəlikdə duran məsələlərin müzakirəsi, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

***

11:13

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan hindistanlı həmkarı Subramanyam Caişankarı qarşılayıb.

Teleqraf xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) sosial media hesabında paylaşım edilib.