BAKI, 23 oktyabr. TELEQRAF
Müxalif “Güclü Ermənistan” Partiyasının daha 10 üzvü Stepavan şəhərində saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının deputatı Andranik Gevorkyan jurnalistlərə məlumat verib.
“Bu gün səhər yenidən 10 nəfərin evində axtarış aparılıb və onlar saxlanılıb. Dindirilmək üçün İrəvana aparılıblar”, - Gevorkyan bildirib.
Xatırladaq ki, bundan əvvəl “Güclü Ermənistan” Partiyasının 14 nümayəndəsi, o cümlədən Stepavan şəhərinin meri vəzifəsinə namizəd Arsen Gevorkyan saxlanılmışdı. Məhkəmə onlardan 10-u barəsində həbs və ev dustaqlığı qətimkan tədbirləri seçib. Arsen Gevorkyanın özü isə iki aylıq həbs edilib.