BAKI, 23 oktyabr. TELEQRAF
Böyük Britaniya Hərbi Hava Qüvvələri ilk dəfə nüvə çəkindirməsinin aviasiya komponentinə cavabdeh olan Fransa qüvvələri ilə birgə təlimlərdə iştirak edib.
Teleqraf xəbər verir ki, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votren məlumat verib.
“İlk dəfə Britaniyanın “Typhoon” qırıcıları Fransanın nüvə çəkindirməsinin aviasiya komponentinə cavabdeh olan qüvvələrin təşkil etdiyi təlimlərdə Fransa “Rafale” qırıcıları ilə birlikdə iştirak edib”, - o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Nazirin sözlərinə görə, bu təlimlər Paris və London arasında müdafiə əməkdaşlığında mühüm mərhələ olub. Votren vurğulayıb ki, təlimlər Avropanın iki nüvə dövlətinin fəaliyyətlərinin əlaqələndirilməsini, Avropanın təhlükəsizliyinin təmin edilməsinə və etibarlı nüvə çəkindirməsinin qorunub saxlanmasına sadiqliyini nümayiş etdirir.
2025-ci ilin iyulunda Fransa və Böyük Britaniya nüvə çəkindirməsi sahəsində əməkdaşlığın dərinləşdirilməsinə dair Nortvud Bəyannaməsini imzalayıb. Sənəddə ilk dəfə iki ölkənin müstəqil nüvə qüvvələrinin fəaliyyətlərinin əlaqələndirilməsi imkanı təsbit olunub. Paris və London nüvə çəkindirməsi məsələləri üzrə birgə qrup yaratmaq barədə də razılığa gəlib.
Fransa Prezidenti Emmanuel Makron 2026-cı ilin martında Makron avropalı tərəfdaşlarla nüvə çəkindirməsi sahəsində əməkdaşlığın genişləndirildiyini elan edib. O qeyd edib ki, xüsusilə Böyük Britaniya və Almaniya ilə əməkdaşlığın ilkin mərhələlərinə birgə təlimlər və strateji obyektlərə səfərlər daxil ola bilər.