BAKI, 23 oktyabr. TELEQRAF

"Brent" neftinin qiyməti mayın 4-dən bəri ilk dəfə 115 dolları ötüb.

Teleqraf xəbər verir ki, "Brent" 1,69% bahalaşıb.

Eyni zamanda, noyabr ayında təhvil veriləcək WTI markalı xam neft fyuçerslərinin dəyəri 2,08% artaraq bir barel üçün 101,54 dollara yüksəlib.