BAKI, 23 oktyabr. TELEQRAF
2027-ci ildə dövlət büdcəsindən elm sahəsinə 257 milyon 920 min 835 manat ayrılması nəzərdə tutulur.
Teleqraf xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində qeyd edilib.
Beləliklə, növbəti ildə elm sahəsinə 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə 28 milyon 421 min 997 manat və ya təxminən 12.4 faiz çox vəsait ayrılıb.