BAKI, 14 iyul. TELEQRAF

2026-cı ilin ikinci rübünün sonuna “AccessBank” QSC-nin depozitləri 4,2% azalaraq 1 milyon 84 min 628 manata düşüb. 2025-ci ilin sonuna isə bu göstərici 1 milyon 132 min 381 manat təşkil etmişdi.

Teleqraf xəbər verir ki, hüquqi şəxslərin bankdakı depozitləri 190 milyon 615 min manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3% azdır.

Fiziki şəxslərin depozitləri isə cüzi – 0,09% artaraq 894 milyon 13 min manata çatıb.

Cari ilin iyunun 30-na bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 7,8% artaraq 361 milyon 511 min manat təşkil edib.

Bank hesabat dövründə 28 milyon 97 min manat xalis mənfəət əldə edib, bu isə ötən illə müqayisədə 34,2% çoxdur.

Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 35 milyon 121 min manat olub.