BAKI, 7 iyul. TELEQRAF
2026-cı ilin yanvar-iyun aylarında xəzinədarlıq orqanları tərəfindən 624 mindən çox ödəniş tapşırığı icra edilib.
Maliyyə Nazirliyindən Teleqraf-a verilən məlumata görə, cari ilin yanvar-iyun ayları ərzində dövlət büdcəsinin gəlirləri 19 milyard 179,4 milyon manat təşkil edib ki, bu da proqnozu 350,5 milyon manat və ya 1,9% üstələyib.
I yarımildə dövlət büdcəsinin xərcləri 17 milyard 230,6 milyon manat proqnoza qarşı 16 milyard 775,5 milyon manat məbləğində icra edilib ki, bu da 97.4% təşkil edir.
2026-cı ilin yanvar-iyun ayları ərzində icmal büdcənin gəlirləri 24 milyard 414,1 milyon manat, xərcləri isə 19 milyard 824,4 milyon manat məbləğində icra edilib.