BAKI, 24 noyabr. TELEQRAF
Sabah bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
"Noyabrın 25-də respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq", - məlumatda vurğulanıb.