BAKI, 13 noyabr. TELEQRAF
Bu ilin yanvar-sentyabr aylarında işğaldan azad edilmiş ərazilərdə layihələrin icrasına dövlət büdcəsindən 1 milyard 761 milyon manat xərclənib.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 9 aylıq hesabatında bildirilir.
Qeyd edilir ki, hesabat dövründə işğaldan azad edilən ərazilərdə sosial layihələrin icrasına 692,5 milyon manat, nəqliyyat layihələrinə 801,4 milyon manat, su təsərrüfatı və meliorasiya layihələrinə 24,5 milyon manat, energetika və sənaye layihələrinə 65,9 milyon manat, müdafiə və hüquq-mühafizə layihələrinə icrasına 94,6 milyon manat, sair layihələrin icrasına 82,5 milyon manat vəsait xərclənib.