BAKI, 13 noyabr. TELEQRAF

2026-cı ilin yanvar-sentyabr aylarında Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən nəzarət tədbirləri başa çatdırılmış 84 təşkilat üzrə 106,9 milyon manat vəsait bərpa edilib, 100,9 milyon manat məbləğində xərclərin qarşısı alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2026-cı ilin 9 ayının yekunlarına dair təqdim etdiyi məlumatda bildirilib.

Qeyd olunub ki, nəzarət tədbirlərinin 52-si hüquq-mühafizə orqanlarından daxil olmuş qərarlar, 32-si isə plandankənar yoxlamalar əsasında həyata keçirilib.