BAKI, 13 noyabr. TELEQRAF
2026-cı ilin oktyabrında qlobal neft emalının həcmi əvvəlki ayla müqayisədə gündəlik 1,3 milyon barel azalaraq, mövsüm üzrə minimum səviyyəyə – 81,3 milyon (gündəlik) barelə düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında qeyd edilir.
Qurumun proqnozuna əsasən, dekabrda neft emalı gündəlik 84,7 milyon barelə çatacaq. 2026-cı ildə qeydə alınan illik orta 2,2 milyon barel/gündəlik azalmadan sonra, qlobal neft emalı həcmlərinin 2027-ci ilə qədər 2,5 milyon barel/gündəlik artaraq 84,3 milyon barelə çatacağı gözlənilir.
Agentlikdən bildirilir ki, oktyabrda dünyanın hər yerində neft emalı marjaları azalıb. Xüsusilə, Asiyadakı neft emalı zavodları rekord səviyyədə yüksək daşınma xərcləri ilə üzləşib.