BAKI, 27 oktyabr. TELEQRAF
IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Azətbaycanda üç istiqamət üzrə — liderlik, bilik və yeni biznes təşəbbüsləri sahələrində — Azərbaycanın iqtisadi transformasiyasına əhəmiyyətli töhfə verə bilər.
Teleqraf xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışı mərasimində deyib.
Onun sözlərinə görə, dəyişikliklərin idarə olunması, o cümlədən qərarların qəbulu və texnoloji proseslərin daha yüksək məhsuldarlığa çevrilməsi üçün güclü liderlik vacibdir:
“İkincisi, iqtisadi siyasətin əsaslandırılmış və səmərəli şəkildə formalaşdırılması üçün fundamental tədqiqatlar və beynəlxalq təcrübə mühüm əhəmiyyət daşıyır. Üçüncüsü, Azərbaycanın startaplarını və sahibkarlarını beynəlxalq innovasiya şəbəkələri, investorlar və ekspertlərlə əlaqələndirmək perspektivli ideyaların dayanıqlı biznesə çevrilməsinə, yeni bazarlara çıxışına və investisiyaların cəlb edilməsinə kömək edə bilər”.