BAKI, 19 oktyabr. TELEQRAF

Dövlət Neft Fondu (ARDNF) 2025-ci ili 26 milyard 913,177 milyon manat xalis mənfəətlə başa vurub.

Teleqraf Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur.

Bu il yanvarın 1-nə ARDNF-in aktivləri 125 milyard 720,247 milyon manat olub ki, bu da illik müqayisədə 22,5 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 11,3 % artaraq 471,688 milyon manata, balans kapitalı isə 22,5 % artaraq 125 milyard 248,559 milyon manata çatıb.