BAKI, 21 oktyabr. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin “Yenidən Rəfah” Partiyasının sədri Fatih Ərbakanı “arzuolunmaz şəxs” elan edib.
Teleqraf xəbər verir ki, bu barədə XİN-in açıqlamasında bildirilib.
Qurumdan bildirilib ki, müxtəlif sosial şəbəkələr və internet platformaları vasitəsilə Azərbaycan Respublikasının suverenliyinə, milli təhlükəsizliyinə, konstitusiya quruluşuna, xalqına və rəhbərliyinə qarşı, hakimiyyətin zorla dəyişdirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş açıqlamaları nəzərə alınaraq, aşağıda qeyd edilən Türkiyə Respublikasının vətəndaşları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq “arzuolunmaz şəxslər” elan edilib və onların Azərbaycan Respublikası ərazisinə girişinə qadağa qoyulub.
Həmin şəxslər arasında “Yenidən Rəfah” Partiyasının sədri Fatih Ərbakan da var.
Qeyd edilib ki, Azərbaycan Respublikasına qarşı çağırışlara və düşmənçiliyi təşviq edən fəaliyyətlərə cavab olaraq bundan sonra da müvafiq tədbirlərin görülməsi davam edəcək.