BAKI, 20 oktyabr. TELEQRAF
2026-cı ilin sentyabr ayının 30-na Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəli (73 542,0 milyon ABŞ dolları) ilə müqayisədə artaraq 74 004,0 milyon dollar təşkil edib.
Fonddan Teleqraf-a verilən məlumata görə, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində ümumi gəlirlər 12 341,3 milyon manat təşkil edib.
Sözügedən dövrdə ARDNF-nin neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 740,6 milyon manat, vəsaitlərin idarə edilməsi fəaliyyətindən əldə olunan toplam gəlirlər 3 600,7 milyon manat, büdcə xərcləri hesabat dövrü üzrə isə 9 681,2 milyon manat təşkil edib.