BAKI, 19 oktyabr. TELEQRAF
2026-cı ilin ilk 9 ayında Azərbaycana 1 milyard 132 milyon 197 min ABŞ dolları dəyərində avtomobil idxal edilib.
Dövlət Gömrük Komitəsindən Teleqraf-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 27 min 982 ədəd və ya 32,8% azalaraq 57 min 275 ədəd təşkil edib.
Xatırladaq ki, 2025-ci ilin eyni dövründə ölkəyə 1 milyard 605 milyon 21 min dollar dəyərində 85 min 257 ədəd avtomobil gətirilmişdi.
Hesabat dövründə Azərbaycana 50 min 898 ədəd minik avtomobili və əsasən sərnişin daşınması üçün nəzərdə tutulan digər nəqliyyat vasitələri idxal olunub. Bu kateqoriya üzrə idxalın statistik dəyəri 943 milyon 227 min dollar təşkil edib. Minik avtomobillərinin idxalı illik müqayisədə say baxımından 27 min 307 ədəd və ya 34,9%, dəyər baxımından isə 488 milyon 616 min dollar və ya 34,1% azalıb. Hibrid avtomobillərin idxalı 2025-ci ilin ilk 9 ayındakı 12 min 555 ədəddən 2026-cı ilin eyni dövründə 5 min 174 ədədə düşüb. Beləliklə, bu kateqoriya üzrə idxal 7 min 381 ədəd və ya 58,8% azalıb.