BAKI, 20 oktyabr. TELEQRAF

2026-cı ilin ilk 9 ayında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 13 milyard 630,4 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 174,6 milyon manat və ya 9,4% çoxdur.

Teleqraf xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə proqnoz 913,4 milyon manat üstələnib.

Hesablamalara əsasən, hesabat dövrü üçün vergi daxilolmaları üzrə proqnoz 12 milyard 717 milyon manat təşkil edib. Faktiki daxilolmalar proqnozdan təxminən 7,2% yüksək olub.

2025-ci ilin müvafiq dövründə isə dövlət büdcəsinə vergi daxilolmaları 12 milyard 455,8 milyon manat təşkil etmişdi.

Qeyri-neft-qaz sektorundan 10,3 milyard manat vergi daxil olub

Vergi daxilolmalarında əsas artım qeyri-neft-qaz sektorunun hesabına təmin edilib.

2026-cı ilin ilk 9 ayında bu sektordan dövlət büdcəsinə 10 milyard 332,6 milyon manat vergi daxil olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyard 159,3 milyon manat və ya 12,6% artım deməkdir.

Qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları proqnozu 292,6 milyon manat üstələyib.