BAKI, 21 oktyabr. TELEQRAF
“Mehri dəmir yolu xətti boyunca neft-qaz kəmərlərinin çəkilməsini bir qədər təsəvvür etməkdə çətinlik çəkirəm”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan TRIPP çərçivəsində Azərbaycan və Ermənistan arasında qaz-neft kəmərlərinin çəkilməsi imkanlarını şərh edərkən deyib.
“Orada çox az yer var. Orada yeni bir şey ixtira etmək üçün fiziki imkan belə yoxdur. Orada çay, ensiz bir zolaq və qayalıqlar var. Bu ərazidən keçə biləcək və ən uyğun variant dəmir yoludur”, - nazir qeyd edib.
Mirzoyan əlavə edib ki, neft kəməri təkcə Sünikdən deyil, həmçinin İcevan və ya Gümrü-Qars marşrutu ilə də çəkilə bilər.
Nazirin sözlərinə görə, kəmərin keçəcəyi ərazi hələ müəyyənləşdirilməyib.
“TRIPP infrastrukturunun əhatə edəcəyi ərazinin enini deyə bilmərik”, - deyən xarici işlər naziri bu istiqamətdə işlərin davam etdirildiyini vurğulayıb.