BAKI, 20 oktyabr. TELEQRAF

Bu ilin doqquz ayında Dövlət Neft Fondunun “Cənub Qaz Dəhlizi” QSC-nin“ dövlətə məxsus payın satışından daxilolmaları 1 390,9 milyon manat təşkil edib.

Teleqraf xəbər verir ki, hesabat dövründə ARDNF-yə AÇG yatağından 6 570,6 milyon manat daxil olub.

Şahdəniz yatağından (qaz və kondensat) isə qurumun gəlirləri 565,1 milyon manat təşkil edib.