BAKI, 19 oktyabr. TELEQRAF
Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) daşınmaz əmlak fondlarına investisiyaları 4 milyard 894,070 milyon manat təşkil edib.
Teleqraf qurumun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 7,2 % çoxdur.
İl ərzində daşınmaz əmlak fondlarına investisiyaların qurumun aktivlərindəki payı isə 4,45 %-dən 3,9 %-ə düşüb.