BAKI, 13 oktyabr. TELEQRAF
Bakının Binəqədi rayonunda klinikanın yerləşdiyi bina hərraca çıxarılıb.
Teleqraf-ın əldə etdiyi məlumata görə, qeyri yaşayış binası Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 22 ünvanında yerləşib.
Məlumata görə, hərraca çıxarılan əmlak 0.057 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binasıdır.
Hərraca çıxarılan əmlakın ilkin bazar qiyməti 2.203.000 manat, minimum satış qiyməti isə 1.872.550 manat təşkil edir.
Məlumata görə, beş mərtəbəli olan binada klinika yerləşib. Fotolardan da görünür ki, həmin binada sonuncu dəfə “MediHall Hospital” fəaliyyət göstərib.
Qeyd edək ki, "MediHall Hospital” ilə bağlı bir sıra şikayətlər var. Baş Prokurorluğun bu ilin fevralın 16-da yaydığı məlumata görə, fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "MediHall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)
.webp)