BAKI, 13 oktyabr. TELEQRAF

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi "İnzibati orqanların Təsnifatı"na və "Azərbaycan Respublikasının büdcə xərclərinin inzibati təsnifatı"na daxil edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilərək Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi inzibati orqanların təsnifatı ilə yanaşı, dövlət orqanlarının aparatının və onun bölmələrinin adları siyahısına, həmçinin büdcə xərclərinin inzibati təsnifatına daxil edilib.