BAKI, 2 oktyabr. TELEQRAF

"Hayat Park Residence" MMC daşınmaz əmlak/tikinti nizamnamə kapitalını 98 milyon 700 min manat azaldaraq 2 000 manata endirib.

Teleqraf xəbər verir ki, bu barədə MMC elan edib.

Bundan əvvəl şirkətin nizamnamə kapitalı 98 milyon 702 min manata bərabər olub.

Qeyd edək ki, yaşayış kompleksi layihəsi üzrə fəaliyyət göstərən şirkət 2013-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Şamil Babazadədir.